Dövlət Agentliyi beynəlxalq sertifikatlara layiq görülüb

Dövlət Agentliyi beynəlxalq sertifikatlara layiq görülüb
# 25 iyun 2024 11:37 (UTC +04:00)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi beynəlxalq səviyyədə qəbul olunan ISO 9001:2015, ISO 14001:2015 və ISO 9978:2020 sertifikatlarına layiq görülüb.

APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd edilib ki, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi əhalinin və ərazilərin nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasında, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Bu baxımdan, Agentlik fəaliyyətinin qiymətləndirilməsi üçün “TÜV Austria” beynəlxalq şirkətinə müraciət edib və şirkət tərəfindən keçirilən auditin nəticəsi olaraq fəaliyyəti yüksək qiymətləndirilərək ISO 9001:2015 “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001:2015 “Ətraf Mühitin İdarəetmə Sistemi” və ISO 9978:2020 “Radiasiya təhlükəsizliyi. Qapalı mənbələr. Sızıntıların sınaq üsulları” üzrə beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması və davamlı olaraq təkmilləşdirilməsi sertifikatlarına layiq görülüb.

Sözügedən standartların əldə olunmasına dair sertifikatlar “TÜV Austria Azərbaycan” MMC-nin direktoru Ülkər Quliyeva tərəfindən Agentliyin rəhbərliyinə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR