Bank Of Baku

"e-Tabib" ilə təcili tibbi yardım maşınını məkana çağırmaq mümkün olacaq

"e-Tabib" ilə təcili tibbi yardım maşınını məkana çağırmaq mümkün olacaq
# 15 mart 2023 11:32 (UTC +04:00)

"e-Tabib" mobil tətbiqi yenilənib.

APA xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İT və İnnovasiyalar idarəsinin şöbə müdiri Nicat Kərimov məlumat verib. O qeyd edib ki, tətbiqin əvvəlki versiyası yalnız koronavirusla bağlı funksionallıqdan ibarət idi, indi isə vətəndaşlar tibb müəssisəsinə müraciət etdikdə həkim tərəfindən təyin olunmuş diqanozları, tibb müəssisəsi tərəfindən göstərilmiş tibbi xidmətləri görə biləcəklər:

"Artıq vətəndaşlar tibb müəssisələrinə müraciətləri tətbiq vasitəsi qiynətləndirə biləcəklər. Bunun çox müsbət nəticələri var. İTS və TƏBİB tərəfindən həmin tibb müəssisəsələrinin və tibb işçilərinin fəaliyyəti qiymətləndiriləcək. Məqsədimiz elektron tibbi xidmətləri vətəndaşlara daha əlçatan etməkdir. Tibbi xidmətin təşkilində, keyfiyyətin artırılmasında rəylərimizi bildirməkdir".

O qeyd edib ki, tətbiqin ən vacib funksionallığından biri laborator analiz nəticələrinin əldə edilməsidir:

"Vətəndaşlar tibb müəssisələrində, xüsusilə TƏBİB-in tabeliyindəki müsəssisələrdə laborator analiz verdikdən sonra nəticəni tətbiqlə izləyə biləcəklər. Bununla yanaşı tibbi sənədlərlə bağlı da funksionallıqlar əlavə olunub. Tətbiqdə həmçinin agentliyə müraciət bölməsi var ki, vətəndaşlar oradan da müraciət edə bilərlər. Artıq tətbiqə qoşulmaq üçün blutuzun açılmasına ehtiyac yoxdur. Bu şərt koronavirus vaxtı xəstə şəxslərin yerini müəyyənləşdirmək üçün var idi.

“e-Tabib” istifadəçiləri “Faydalı məlumatlar” bölməsindən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrini tətbiqdəki xəritə üzərindən görə bilər, ən yaxın olan tibb müəssisəsini seçərək mobil telefonlarında olan naviqasiya tətbiqləri ilə əlaqələndirə bilərlər. Əlavə olaraq, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərlə, Milli peyvənd təqvimi, ən çox verilən suallarla tanış ola bilərlər. Milli peyvənd bölməsində valideynlər uşaqları üçün lazımi peyvəndləri görə bilərlər. Ümid edirik ki, bu körpə uşaqların peyvəndlənməsində müəyyən qədər rol oynayacaq”.

Nicat Kərimov mobil tətbiqlə bağlı gələcək planlardan danışarkən deyib ki, mobil tətbiqin təkmilləşdirilməsi, əhaliyə təqdim olunan tibbi xidmətlərin elektronlaşdırılması prioritet məqsədlərdəndir:

"Gələcək planlarımızda həkim qəbuluna yazılmaq üçün randevu modulunun tətbiqi nəzərdə tutulur. Eyni zamanda, mobil tətbiqin təkmilləşdirilməsi nəticəsində həkim reseptinin də pasiyentin mobil tətbiqində göstərilməsi nəzərdə tutulub”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İT və İnnovasiyalar İdarəsinin rəisi Ramil Mehdiyev isə deyib ki, tətbiq təkmilləşdirilərək icbari sığorta ilə bağlı imkanlar da əlavə edilib:

"Üç il bundan əvvəl istifadəyə verilmiş tətbiqdən vətəndaşlar istifadə etməyə başlayıblar. Hələ o dövrdə istər məcburiyyətdən, istərsə də sadəcə gərəkli olması səbəbilə tətbiqin 1 milyondan artıq yüklənməsi var idi. Buna görə tətbiqi təkmilləşdirərək vətəndaşlara təqdim etməyə qərar verdik. Təkmilləşdirmə işlərindən sonra da tətbiqdən istifadə sayı artmaqdadır".

Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov əlavə edib ki, "e-Tabib" tətbiqi ilə təcili tibbi yardım maşınının məkana çağırılması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR