Bank Of Baku

Əhliman Əmiraslanov: Son illər AMEA-nın nüfuzuna xeyli zərər dəyib

Əhliman Əmiraslanov

© APA | Əhliman Əmiraslanov

# 16 mart 2023 13:02 (UTC +04:00)

Çox təəssüf ki, son illər AMEA-nın cəmiyyətdə nüfuzuna xeyli zərər dəyib.

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov AMEA-nın Ümumi yığıncağında deyib.

O bildirib ki, bunun səbəbi elm sahəsində böyük uğurlar əldə etməyən insanların bu və ya digər strukturlara cəlb olunmasıdır:

"Ümid edirəm ki, görüləcək işlər AMEA-nın nüfuzunun qaytarılmasına öz müsbət təsirini göstərəcək. Həmçinin, bir iradım da elmi tədqiqat institutlarının tabeçiliyinin dəyişdirilməsidir. Hesab edirəm ki, bu dəyişiklik onların fəaliyyətinə, yüksək ixtisaslı kadrların işinə mənfi təsir etməməlidir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR