Azərbaycanın su sahəsində İsraillə əməkdaşlığı var.
APA xəbər verir ki, bunu su məsələləri üzrə ekspert Rövşən Abbasov deyib. Onun sözlərinə görə, İsrailin aparıcı su şirkətləri Azərbaycanda işləyir, ölkəyə müasir texnologiyalar gətirirlər və İsraillə əməkdaşlıq günü-gündən artır.
Milli Hidrometeorologiya Xidmətinin müvəqqəti rəisi Rafiq Verdiyev isə bildirib ki, ETSN həm qonşu, həm də digər ölkələrlə su ehtiyatlarının idarə edilməsi istiqamətində əməkdaşlıq edirlər:
“Biz beynəlxalq qurumların dəstəyi ilə Azərbaycanda layihələr icra edir və mütəxəssislərlə təcrübələrimizi bölüşürük. Bu istiqamətdə işlər gedir və gələcəkdə daha da genişləndirilməsini nəzərdə tuturuq”.