Məktəblərdə və ali təhsil müəssisələrində su ehtiyatlarından istifadəyə dair maarifləndirmə işləri aparılır.
APA xəbər verir ki, bunu su məsələləri üzrə ekspert Rövşən Abbasov deyib. Onun sözlərinə görə, bu, gələcək üçün töhfədir:
“Yeni tədris proqramlarında coğrafiya, həyat bilgisi, biologiya kurslarında gələcək nəslin bu məsələyə daha yaxşı uyğunlaşması üçün dərslər salınıb. Eyni zamanda layihə üzrə universitetlərdə də bu istiqamətdə işlər aparılır”.