“Bu il müəllimlərin sertifikasiya işlərinə başlamışıq, aidiyyəti qurumlar çox ciddi və böyük iş görüb. Bu il 11 min müəllim sertifikasiyaya cəlb edilib”.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmirullayev deyib.
O bildirib ki, 4 regionda ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb edilib: “Onlardan 78 faizi uğur qazanıb, 22 faizi isə uğur qazanmayıb. Onların təkmilləşdirməyə ehtiyacı var”.
Nazir müəllimlərin üçdə birinin hələ sertifikasiyada iştirak etmədiyini vurğulayıb.