“Azad olunmuş ərazilərdə işğaldan əvvəl 4 yasaqlıq və 2 qoruğumuz var idi. Hazırda onların bərpası istiqamətində işlər aparılır”.
APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Ekspert saatı"nda qonaq olarkən deyib.
O bildirib ki, həmin ərazilərdə hər hansı bir yeni xüsusi mühafizə olunan təbiət ərazisinin yaradılması gündəmdə deyil:
"Sadəcə olaraq gələcəkdə mövcud ərazilərin statusunun dəyişdirilməsi məsələsinə baxıla bilər".