Bank Of Baku

ETSN: Qazaxıstanın ekologiya, geologiya və təbii sərvətlər naziri ilə görüş keçirilib

ETSN: Qazaxıstanın ekologiya, geologiya və təbii sərvətlər naziri ilə görüş keçirilib
# 21 oktyabr 2022 19:30 (UTC +04:00)

Azərbaycanda işgüzar səfərdə olan Qazaxıstan Respublikasının ekologiya, geologiya və təbii sərvətlər naziri Serikkali Berekeşef ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 6-cı iclası çərçivəsində baş tutan görüşdə ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR