Bank Of Baku

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib - VİDEO

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib - VİDEO
# 14 mart 2023 10:06 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşların xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib.

Bu barədə APA-ya FHN-dən bildirilib.

Qeyd edilib ki, Təlim Regional Mərkəzin şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı baş verən fövqəladə hallar zamanı çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilib.

Təlim zamanı xilasedicilər vətəndaşların bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə şərti çağırış üzrə dərhal hadisə yerinə çatıb, xüsusi alət və avadanlıqlar vasitəsilə bağlı qapını açaraq “halsız vəziyyətdə olan vətəndaşı xilas edib, həmçinin aşkar olunmuş meyiti aidiyyəti üzrə təhvil veriblər”.

Uğurla keçirilmiş təlimdən sonra əldə edilmiş nəticələrin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR