Bank Of Baku

Fövqəladə Hallar Nazirliyi maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyi maarifləndirmə tədbirlərini davam etdirir
# 26 avqust 2023 14:55 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 38 nömrəli körpələr evi-uşaq bağçasında, Gəncə Regional Mərkəzi tərəfindən Şəmkir rayon Tarix-Diyarşünaslıq Muzeyində, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzində, Muğan Regional Mərkəzi tərəfindən Biləsuvar rayon Dövlət Aqrar İnkişaf Mərkəzində, Şimal Regional Mərkəzi tərəfindən Quba Rayon Mərkəzi Xəstəxanasında, Aran Regional Mərkəzi tərəfindən Ağdaş rayon Türyançay Dövlət Təbiət Qoruğu İdarəsində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR