Bank Of Baku

Füzuli Şəhəri Günü münasibətilə tədbirlər keçirilib - FOTO

Füzuli Şəhəri Günü münasibətilə tədbirlər keçirilib - FOTO
# 17 oktyabr 2025 14:58 (UTC +04:00)

Füzuli şəhərində Füzuli Şəhər Günü münasibətilə tədbirlər keçirilib.

APA-nın bölgə müxbiri xəbər verir ki, tədbirlər Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ Dirçəliş Fonundunun təşkilatçılığı ilə keçirilir.

Tədbirlər çərçivəsində Füzuli şəhərində yerləşən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində “Zəfərin ruhu” adlı fotosərgi açılıb. Təsviri sənət üzrə ustad dərsləri keçirilib.

Fotosərgidə Azərbaycan Ordusunun birinci və ikinci Qarabağ müharibəsində keçdiyi döyüş yolunu əks etdirən fotolar yer alıb. Ustad dərslərində isə təsviri sənət üzrə əl işləri nümayiş edilir.

Bundan başqa, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə uşaqlar üçün Füzuli Dövlət Dram Teatrı tərəfindən "Çəkməli pişik" tamaşasının nümayişi olub.

Tədbirlər planı üzrə şəhərdə konsert proqramının keçiriləcəyi və atəşfəşanlıq nəzərdə tutulur.

Qeyd edək ki, Füzuli şəhəri 44 günlük Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 17-də işğaldan azad edilib. Prezident İlham Əliyevin Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyan 31 iyul 2023 -cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 17 Oktyabr – Füzuli Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR