Bank Of Baku

Gəncədə evdən 14500 dollarlıq qızıl oğurlanıb

Gəncədə evdən 14500 dollarlıq qızıl oğurlanıb
# 05 sentyabr 2022 14:09 (UTC +04:00)

Gəncə şəhəri ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlanıb.

DİN-dən APA-ya verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də şəhər ərazisindəki evlərin birindən 14500 ABŞ dolları və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin oğlu V.Səfərov saxlanılıb.

Araşdırma aparılır.

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR