Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən poliklinika binasında tavan çöküb.
APA-nın yerli bürosunun xəbərinə görə, səhər saatlarında poliklinikanın laboratoriya otağında lambirindən olan tavan qoparaq tökülüb.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Nizami Ailə Sağlamlıq Mərkəzinin (ASM) Laboratoriya şöbəsinin tavan hissəsinin çökməsi zamanı xəsarət alan olmayıb. İşçilər təhlükəsiz şəkildə təxliyə olunub. Hadisənin baş vermə səbəbi araşdırılır. Hazırda Laboratoriya şöbəsi istisna olmaqla, Nizami ASM-i fəaliyyətini davam etdirir.