Güclü külək Naxçıvanda fəsadlar törədib

Güclü külək Naxçıvanda fəsadlar törədib
# 27 iyun 2024 13:35 (UTC +04:00)

İyunun 26-da axşam saatlarından başlayaraq muxtar respublikanın bir sıra rayonlarında hökm sürən qeyri-sabit hava bir sıra fəsadlar törədib.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, güclü külək nəticəsində muxtar respublikanın Kəngərli rayonunun Şahtaxtı, Çalxanqala və Qarabağlar, Sədərək rayonunun Dəmirçi və Qaraağac, Şahbuz rayonunun Qızıl Qışlaq, Şada və Kolanı kəndlərində, o cümlədən Şərur rayonunun Zeyvə, Mahmudkənd, Yengicə, Qorçulu, Axaməd, Xanlıqlar, Muğancıq Mehrab, Püsyan və Çomaxtur kəndlərində iri gövdəli ağaclar aşaraq texnoloji infrastrukturun zədələnməsinə səbəb olub, nəticədə bir sıra kənd və məhəllələrdə rabitə xidmətlərinin verilməsində fasilələr yaranıb.

Hazırda Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mütəxəssisləri tərəfindən təmir-bərpa işləri aparılır. Texnoloji infrastrukturun bərpası istiqamətində və digər zəruri tədbirlər görülməklə küləyin törətdiyi fəsadların aradan qaldırılması tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR