"Ölkəmizdə beşinci dəfə keçirilən "Dəniz kuboku" müsabiqəsində ən böyük qələbəmiz dostluqda və hərbi əməkdaşlıqda yeni zirvələr qət etmək oldu".
APA xəbər verir ki, bunu müsabiqənin bağlanış mərasimində Hərbi Dəniz Qüvvələri Komandanı kontr-admiral Sübhan Bəkirov deyib.
Komandan Bakıda təşkil olunmuş müsabiqənin yüksək səviyyədə başa çatması ilə bağlı Müdafiə naziri Zakir Həsənovun və HDQ komandanlığı adından bütün iştirakçıları təbrik edib, dənizçilərin bundan sonra da Xəzərin keşiyində şərəflə dayanacağını bildirib.
Sonda komandan Xəzərin həmişə sülh və əmin-amanlıq dənizi kimi qalmasını arzu edib.