Bank Of Baku

Heydər Əliyev Fondu ukraynalı uşaqları reabilitasiya üçün Bakıya gətirib

Heydər Əliyev Fondu ukraynalı uşaqları reabilitasiya üçün Bakıya gətirib
# 21 avqust 2022 21:47 (UTC +04:00)

Heydər Əliyev Fondu və Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə ukraynalı uşaqlar Bakıda reabilitasiya kursu keçəcək.

APA-nın xəbərinə görə, avqustun 21-də valideyn himayəsindən məhrum olmuş 7-17 yaşlı 28 uşaq və onları müşayiət edən 4 nəfər Bakıya gəlib.

Uşaqlar hava limanında qarşılanaraq xüsusi ayrılmış avtobuslarla Səhiyyə Nazirliyinin sanatoriya-kurort reabilitasiya mərkəzinə aparılıb. Burada uşaqlara 21 gün ərzində psixoloji, lazım gəldikdə isə tibbi reabilitasiya xidmətləri göstəriləcək.

Uşaqlar üçün mədəni proqram da hazırlanıb. Proqrama paytaxtın görməli yerləri ilə tanışlıq, o cümlədən Heydər Əliyev Mərkəzinə, Qobustan Dövlət Tarix-Bədii Qoruğuna, İçərişəhərə, “Suraxanı” gəmi-muzeyinə, Atəşğaha, “Qala” Dövlət tarix-etnoqrafiya qoruğu və digər tarixi abidələrə ekskursiyalar da daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR