Bank Of Baku

İlin ikinci Günəş tutulması başa çatıb - YENİLƏNİB

İlin ikinci Günəş tutulması başa çatıb  - YENİLƏNİB
# 25 oktyabr 2022 17:02 (UTC +04:00)

İlin ikinci Günəş tutulması başa çatıb.

Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, qismən Günəş tutulması hadisəsi saat 12:58-də başlayıb və 17:02-də sona çatıb.

Tutulmanın maksimumu saat 15:00-da olub. Tutulma hadisəsi 4 saat 4 dəqiqə davam edib. Bu təbiət hadisəsini Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən ölkəmizdə də müşahidə etmək mümkün olub.

Qeyd edək ki, 2022-ci ildə iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi gözlənilir. İlin ilk Günəş tutulması aprelin 30-da, ilk Ay tutulması isə may ayının 16-da baş verib. Noyabrın 8-də ilin ikinci Ay tutulması olacaq.

***

12:58

İlin ikinci Günəş tutulması başlayıb.

Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, qismən Günəş tutulması hadisəsi saat 12:58-də başlayıb və 17:02-də sona çatacaq.

Tutulmanın maksimumu saat 15:00-da olacaq. Tutulma hadisəsi 4 saat 4 dəqiqə davam edəcək. Bu təbiət hadisəsimi Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən ölkəmizdə də müşahidə etmək mümkün olacaq.

Qeyd edək ki, 2022-ci ildə iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi gözlənilir. İlin ilk Günəş tutulması aprelin 30-da, ilk Ay tutulması isə may ayının 16-da baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR