Bank Of Baku

İlk köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb, açarlar təqdim olunub- FOTO - YENİLƏNİB-1 - VİDEO

İlk köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb, açarlar təqdim olunub- FOTO  - YENİLƏNİB-1  - VİDEO
# 15 avqust 2025 15:52 (UTC +04:00)

Bu gün Ağdərənin Vəngli kəndinə köçürülən sakinlərə evlərinin açarları təqdim olunub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ilk mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 22 ailə - 83 nəfər köçürülüb.

Mənzillərin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidməti Publik Hüquqi Şəxsin icraçı direktoru Telman Kərimli sakinləri təbrik edib, onlara doğma yurdlarında firavan həyat arzulayıb.

Bildirilib ki, kəndlərdə içməli su, elektrik və qaz təchizatı, rabitə xətti tam bərpa olunub. Bundan başqa küçələr abadlaşdırılıb, yol infrastrukturu yenilənib.

ANAMA mütəxəssisləri sakinlərin təhlükəsiz yaşamaları üçün şəraitin yaradıldığını deyib, mina təhlükəsi ilə bağlı tövsiyələr veriblər.

***

15.25

İlk köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ilk mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 22 ailə - 83 nəfər köçürülüb.

***

13.45

Ağdərə rayonunun Vəngli kəndinə ilk köç karvanı yola salınıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 22 ailə - 83 nəfər köçürülür.

Qeyd edək ki, bu gün Ağdərənin Kolatağ kəndinə də ilk köç karvanı yola salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR