“İlkin olaraq şagird sayı 500-dək olan 300-ə yaxın məktəbə direktor təyinatının aparılması nəzərdə tutulub”.
APA xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
Mərkəz direktoru bildirib ki, şagird sayı 500-dən yuxarı olan məktəblərin sayı elə də çox deyil: "Qoyulan hədəflər ondan ibarətdir ki, yeni tədris ilində artıq bütün məktəblərin vakant olan direktor vəzifələri tutulsun".