İllik meşəqırma həcmi dəyişib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib
Qərara əsasən, illik meşəqırma həcmi 84 (səksən dörd) min kubmetr təsdiq edilib.
Qeyd edək ki, bundan əvvəl “Azərmeşə” İstehsalat Birliyi tərəfindən hesablanmış və Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi ilə razılaşdırılmış illik meşəqırma həcmi 64 (altmış dörd) min kub metr olub.