Bank Of Baku

İnformasiya təhlükəsizliyi sahəsində ölçmə meyarları və indikatorları müəyyənləşdiriləcək

İnformasiya təhlükəsizliyi sahəsində ölçmə meyarları və indikatorları müəyyənləşdiriləcək
# 28 avqust 2023 16:52 (UTC +04:00)

İnformasiya təhlükəsizliyi hadisələrinin monitorinqi üçün insidentləri və kritik halları aşkarlama, ölçmə meyarları və indikatorları müəyyənləşdiriləcək.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda əksini tapıb.
Strategiyaya əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə 2023–2024-cü illər ərzində sahə üzrə beynəlxalq təcrübənin öyrənilməsini, yerli ekosistemə uyğun təcrübənin tətbiqi imkanlarının araşdırılmasını, aşkarlama, ölçmə meyarları və indikatorlarının müəyyən edilməsini təmin etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR