Bank Of Baku

İsveç səfiri Qubada olub - FOTO

İsveç səfiri Qubada olub - FOTO
# 14 mart 2023 18:02 (UTC +04:00)

Bu gün İsveç Krallığının Azərbaycan Respublikasındakı səfiri Tobias Lorentzson Quba rayonuna səfər edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, səfər çərçivəsində qonaq Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşüb. Daha sonra qonaq “Qədim Quba” xalçaçılıq müəssisəsi ilə tanış olub.

Bundan əlavə, səfir Tobias Lorentzson Dağ yəhudilərinin kompakt şəkildə yaşadığı Qırmızı Qəsəbə, buradakı Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi, “Giləki” və “Altı Günbəz” sinaqoqlarını, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət edəcək və “ABAD Factory” istehsalat kompleksi ilə də tanış olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR