Bank Of Baku

Kəmaləddin Heydərov Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov

© APA | Kəmaləddin Heydərov

# 26 fevral 2025 13:35 (UTC +04:00)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən fevralın 28-də Lənkəran şəhərində, Nazirliyin Cənub Regional Mərkəzinin binasında saat 10:00-dan Lənkəran və Astara rayonları sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 27 fevral tarixində Nazirliyin Cənub Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR