Bank Of Baku

Kəmaləddin Heydərov Salyan şəhərində vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov

© APA | Kəmaləddin Heydərov

# 09 oktyabr 2025 12:03 (UTC +04:00)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Salyan şəhərində vətəndaşları qəbul edəcək.

APA FHN-ə istinadən xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 11 oktyabr tarixində Salyan şəhərində, Nazirliyin Muğan Regional Mərkəzinin binasında saat 10:00-dan Salyan və Neftçala rayonları sakinlərinin qəbulu keçiriləcək.

Qəbula gələn vətəndaşların qeydiyyatı oktyabrın 10-da Nazirliyin Muğan Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR