Bank Of Baku

Kimyaçı alim Hikmət İbrahimov vəfat edib

Kimyaçı alim Hikmət İbrahimov vəfat edib
# 24 avqust 2022 15:28 (UTC +04:00)

Professor Hikmət İbrahimov vəfat edib.

Azərbaycan Milli Elmlər Akademiyasından APA-ya verilən xəbərə görə, Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri, kimya elminin inkişafında mühüm xidmətləri olan tanınmış alim, professor avqustun 23-də 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, alim müasir neft emalı sənayesinin əsas inkişaf istiqamətlərindən biri sayılan ağır neft qalıqlarının (qudron, mazut, ağır piroliz qətranı) emala cəlb edilməsilə açıq rəngli neft məhsullarının alınması və neftin emalının dərinləşdirilməsi istiqamətində elmi-tədqiqat işləri aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR