Bank Of Baku

Kolleclərdə təhsil alan əcnəbilərin sayı açıqlanıb

Müjdat Həsənov

© APA | Müjdat Həsənov

# 09 sentyabr 2022 16:10 (UTC +04:00)

Azərbaycanın orta ixtisas təhsili müəssisələrində (kolleclərdə) 130 əcnəbi təhsil alır.

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbilərlə iş sektorunun müdiri Müjdat Həsənov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, 2021-2022-ci tədris ilində ali təhsil alan əcnəbilərin sayı isə 7400-ə yaxındır: “Əcnəbi tələbələrin əksəriyyətini Türkiyə, İran, Gürcüstan, Rusiya və İraqdan gələnlər təşkil edir. Əcnəbi tələbələrin ən çox təhsil aldıqları müəssisələr isə Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetidir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR