Yanvar-fevral aylarında Ali təhsil haqqında Qanun layihəsinə dəyişiklik üçün 570 təklif daxil olub.
APA xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, bu təkliflərdən 301-i nəzərə alınıb:
"Təhsilimizin əsas istiqamətləri ölkəmizin iqtisadi inkişafına uyğun olmalıdır. Ölkəmizin ali təhsil müəssisələrinin müasir təhsil mərkəzlərinə çevrilməsi sürətləndirilməli, peşəkar kadrların hazırlanması təmin edilməlidir".
Komitə sədri qeyd edib ki, əvvəlki müzakirələrdə doktorantura ilə bağlı bir çox ciddi problemlər olduğu səsləndirilmişdi:
"Buna görə də, doktorantura təhsilinə qanun layihəsində köklü şəkildə yer ayrılmalıdır".