İnformasiya mühafizəsi sahəsində yerli istehsalın inkişafı məqsədilə kriptoqrafik mühafizə sahəsində milli resursların hazırlanması üçün tədbirlər görüləcək.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda əksini tapıb.
Strategiyaya əsasən, Dövlət Təhlükəsizliyi Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə 2023 – 2024-cü illər ərzində ehtiyac sahələrinin müəyyənləşdirilməsini, sahə üzrə qabaqcıl təcrübələrin öyrənilməsini, müvafiq sahədə milli resursların hazırlanmasını təmin etməlidir.