Kürdə daşqınlar Tovuzda fəsadlara səbəb olub - FOTO

Kürdə daşqınlar Tovuzda fəsadlara səbəb olub - FOTO
# 27 may 2024 16:49 (UTC +04:00)

Kür çayının daşması nəticəsində Tovuzda fəsadlar yaranıb.

APA-nın yerli bürosunun məlumatına görə, Kür çayı daşaraq məcrasından 2 kilometrə qədər kənara çıxıb.

Nəticədə rayonun Hunanlar kəndi ərazisində Kür ətrafı əkin, taxıl sahələri, bağlar və biçənəklər sel sularının altında qalıb. Hektarlarla ərazi, tonlarla məhsul yararsız hala düşüb.

Bundan başqa, Kür ətrafı meşəlikləri də sel suları basıb.

Əhaliyə dəyən maddi ziyanla bağlı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komisiyası tərəfindən ərazilərə baxış keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR