Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər geriyə qayıdıb. 8 minik, 1 yük maşınından ibarət karvan maneəsiz Xankəndiyə keçid edib. Minik avtomobillərində erməni əsilli sakinlər olub.
***
09.27
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn BQXK-ya məxsus 8 minik, 1 yük avtomobilli aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçid edib.
Avtomobillərdə erməni əsilli sakinlər olub.