Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər geriyə, Xankəndiyə qaydıb.
***
09.00
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn BQXK-yə məxsus avtomobillər aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçid edib. Avtomobillərdə erməni əsilli sakinlər olub.