Bank Of Baku

Laçın-Xankəndi yolundan RSK-nın 30 maşını keçib - FOTO - YENİLƏNİB

Laçın-Xankəndi yolundan RSK-nın 30 maşını keçib - FOTO  - YENİLƏNİB
# 15 mart 2023 11:41 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-ya məxsus maşın karvanı Laçın-Xankəndi yolundan maneəsiz keçid edib. Karvan 28 yük, 2 minik avtomobilindən ibarət olub.

***

11.16

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus minik və yük maşınları aksiya keçirilən yoldan maneəsiz keçib.

Avtomobillər Xankəndindən gəlib Laçın istiqamətinə hərəkət edib. RSK-ya məxsus ümumilikdə 7 avtomobilin maneəsiz hərəkəti baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR