Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus avtomobillərin yoldan maneəsiz keçidinə növbəti dəfə şərait yaradılıb.
RSK-ya məxsus yük maşınlarından ibarət karvan Xankəndidən Laçın istiqamətinə hərəkət edib. Karvan 10 yük maşınından ibarət olub.