Bank Of Baku

Laçın-Xankəndi yolundan RSK-nın maşın karvanı keçib - FOTO

Laçın-Xankəndi yolundan RSK-nın maşın karvanı keçib - FOTO
# 13 mart 2023 13:58 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın-Xankəndi yolundan RSK-ya məxsus avtomobillərin maneəsiz keçidinə növbəti dəfə şərait yaradılıb. Bir qədər əvvəl RSK-nın minik və yük maşınları aksiya keçirilən yoldan maneəsiz keçid edib. Xankəndindən gələn 29 maşından ibarət karvan Laçın istiqamətinə gedib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR