Bank Of Baku

Laçının köçürülən daha 81 sakinə evlərinin açarları təqdim olunub - VİDEO - YENİLƏNİB-1

Laçının köçürülən daha 81 sakinə evlərinin açarları təqdim olunub  - VİDEO  - YENİLƏNİB-1
# 22 noyabr 2023 16:45 (UTC +04:00)

Laçına köçürülən ailələrə evlərinin açarları təqdim olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Laçın şəhərinə bu gün köçürülən 21 ailə (81 nəfər) evlərinə çatıb.

Laçına çatan ailələr qarşılandıqdan sonra evlərin açarlarının təqdim edilmə mərasimi keçrilib.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin Direktoru Natiq Hüseynov, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əmıkdaşı Hüseyn Quliyev, Laçın Abadlıq Xidməti ASC-nin direktor müavini Elnur Abdullayev və “Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini Nəsimi Əsədov iştirak edib.

Ailələr açarları təhvil alıb.
Bununla da Laçın şəhərində 346 ailə, yəni 1326
nəfərin daimi məskunlaşması təmin edilib.

***

16.16

Laçına köçürülən ailələr artıq doğma yurdlarına çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, səhər saatlarında Bakı şəhərindən yola düşən 81 nəfərdən ibarət 21 ailə artıq Laçın şəhərinə çatıb.

Yeni köçrülən ailələri Laçında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri qarşılayıb.

Bununla da Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

***

05.46

Bu gün Laçına növbəti köç baş tutub.

APA xəbər verir ki, köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 81 nəfər köçürülüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib.

Emin Babayev

Aytən Sakitqızı

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR