Lahıc-Dəmirçi-Şamaxı yolunda çatlar və yarğanlar yaranıb

Lahıc-Dəmirçi-Şamaxı yolunda çatlar və yarğanlar yaranıb
# 28 iyun 2024 15:45 (UTC +04:00)

Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolu yararsız hala düşüb.

APA-nin Şirvan bürosu xəbər verir ki, aramsız yağan yağışlardan sonra yolda çökmələr yaranıb. Yolda bəzi yerlərdə 50-60 santimetr dərinliyində çatlar əmələ gəlib.

Bundan əlavə, yolda yarganlar yaranıb. Yarğanların ümumi sayı 30-a yaxındır. Ən təhlükəli hal yolun Lahıc qəsəbəsinə çatan hissəsində müşahidə olunur. Ərazidə çökmənin sayı çox olduğundan təhlükəli vəziyyət yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR