Noyabrın 15-də Lənkəran-Boradigah-Masallı yolunda, Girdəni kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 7 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, onlardan bir nəfər - 1957-ci il təvəllüdlü Roza İsacan qızı Hümmətova çoxsaylı qabırğa sınıqları ilə xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib. Yüngül xəsarət alan digər 6 nəfərə isə xəstəxananın təcili tibbi yardım şöbəsində ilk tibbi yardım olunub. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Xatırladaq ki, Lənkəran-Boradigah-Masallı yolunda, Girdəni kəndi ərazisində qeydə alınıan qəzada "QAZel" markalı yük maşını "VAZ-21011" markalı minik avtomobili ilə toqquşub. Toqquşma nəticəsində 5 nəfər Bərdə rayon sakini - 1984-cü il təvəllüdlü Ramin İsax oğlu Hüseynov, 1957-ci il təvəllüdlü Roza İsacan qızı Hümmətova, 2009-cu il təvəllüdlü Yasəmən Yasin qızı Şirinzadə, 1981-ci il təvəllüdlü Sevil Sabir qızı Hüseynova, 1980-ci il təvəllüdlü Sevinc Sabir qızı Hüseynova və iki nəfər Lənkəran rayon sakini - 1988-ci il təvəllüdlü Elmin Əli oğlu Rzayev, 1984-cü il təvəllüdlü Mirmayis Mətləb oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə yerləşdiriliblər.