2022-ci ilin yanvar-noyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 123,1 mln. manat vəsait ödənilib.
Dövlət Sosial Müdafiə Fondundan APA-ya verilən xəbərə görə, beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8 mln. manat və ya 5,9% çox vəsait xərclənib.