Məhkəmə hakimləri üçün media savadlılığı mövzusunda təlim keçiriləcək.
APA xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova "İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda keçirilən dəyirmi masada deyib.
O bildirib ki, yaxın zamanlarda keçirilməsi planlaşdırılan təlim Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçiriləcək: "Təlim çərçivəsində hakimlərə media sahəsi ilə əlaqəli təkmilləşdirici məlumatlar veriləcək".