Bank Of Baku

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul başlayır

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul başlayır
# 26 oktyabr 2022 11:35 (UTC +04:00)

Noyabrın 1-dən etibarən ümumi təhsil müəssisələrində vakant tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul prosesi ilə bağlı Regional təhsil idarələri tərəfindən sənəd qəbuluna başlanılır.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu regional təhsil idarəsinə təqdim edə bilərlər.

Ətraflı məlumatı Regional təhsil idarələrinin sosial media hesablarından əldə etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR