Bank Of Baku

Moldovada hökumətə etiraz edən 65 nəfər saxlanılıb

Moldovada hökumətə etiraz edən 65 nəfər saxlanılıb
# 07 noyabr 2022 04:53 (UTC +04:00)

Moldovanın paytaxtı Kişinyovda hökumət əleyhinə keçirilən etiraz aksiyasında 65 nəfər saxlanılıb.

APA "REN TV"ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Saxlanılanlardan 4-ü azyaşlıdır.

Bildirilir ki, etirazçılar polis kordonunu yarmağa cəhd ediblər.

Polisin məlumatına görə, aksiyalarda 1700 adam iştirak edib.

Təşkilatçılar isə aksiyada 50 min iştirakçının olduğunu bildirib.

Onlar Kişinyovun əsas prospekti ilə getsələr də polis onları mərkəzi meydana buraxmayıb.

Etirazçılar onları saxlamağa çalışan polislərə ağ payızgülü buketləri veriblər.

Müxalifətdəki Şor Partiyasının lideri İlan Şor videomüraciət edərək, ölkənin hazırkı rəhbərliyini iqtisadi və enerji böhranlarının öhdəsindən gələ bilməməkdə ittiham edib.

Etiraz aksiyası prezident Maya Sandu administrasiyasının binası qarşısında gül çələnglərinin yandırılması ilə başa çatıb.

Aksiyaçılar Moldova prezidenti Maya Sandu və baş nazir Nataliya Qavrilitsanın istefası tələbi ilə qətnamə qəbul ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR