Moskva Şəhər Məhkəməsi yeraltı kollektora ölümlə nəticələnən ekskursiyanın təşkilatçısı Nikita Dubası həbs edib.
APA-nın REN TV-yə istinadən verdiyi məlumata görə, Dubas oktyabrın 21-dək həbsdə qalacaq.
Xatırladaq ki, avqustun 20-də səkkiz nəfərdən ibarət qrup Moskvanın yeraltı kollektorlarına icazəsiz ekskursiyaya gedib. Katakombalarda suyun səviyyəsinin kəskin artması səbəbindən ekskursiyanın bütün iştirakçıları həlak olub.
Faktla bağlı, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.