Bank Of Baku

"Mülki müdafiə haqqında" yeni qanun layihəsi hazırlanır - FOTO

"Mülki müdafiə haqqında" yeni qanun layihəsi hazırlanır - FOTO
# 11 noyabr 2022 10:57 (UTC +04:00)

Hesab edirik ki, mülki müdafiə sahəsindəki qanunvericilik bazası bu günün tələblərinə cavab vermir.

APA xəbər verir ki, bunu FHN-nin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi, general-mayor Niyazi Zamanov “Mülki müdafiə üzrə əhalinin hazırlanmasında ali təhsil müəssisələrinin rolu, mülki müdafiə fənninin tədrisinin təkmilləşdirilməsi, mülki müdafiənin maddi-tədris bazasının gücləndirilməsi, mövcud problemlərin müzakirəsi və bununla əlaqədar nazirliklər arasında qarşılıqlı fəaliyyət” mövzusunda keçirilən elmi-praktiki konfransda deyib.

O bildirib ki, metodiki rəhbərliyi həyata keçirən qurum kimi çoxlu problemlərlə rastlaşırlar: "Hazırda çox böyük bir qanunvericilik bazasının hazırlanması istiqamətində işlər aparılır. Bunlardan biri "Mülki müdafiə haqqında" yeni qanun layihəsinin hazırlanmasıdır. Bütün aidiyyatı qurumlardan rəylər alınmaqla layihə müvafiq quruma təqdim olunub".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR