Hər 160 uşaqdan birində autizm spektr pozuntusuna və onun müxtəlif növlərinə təsadüf edilir.
APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin regional mərkəzlərlə iş şöbəsinin koordinatoru Mehparə Kazımova "Fərqli Fərdlər" konqresində deyib.
O bildirib ki, onlar psixoloji reabilitasiyaya böyük ehtiyac duyurlar.
"Onların reabilitasiya dövründə tibbi göstəriş əsasında müayinələri icbari tibbi sığorta çərçivəsində qarşılana bilər".