Nasaz kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə verənlər cərimələnəcək

Nasaz kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə verənlər cərimələnəcək
# 21 iyun 2024 13:14 (UTC +04:00)

Texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə görə yeni cərimələr müəyyənləşir.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 338-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə görə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək.

Yuxarıda nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə –

min manatdan min iki yüz manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR