Bank Of Baku

Naxçıvanda 5 MİS rəisi işdən çıxarılıb

Naxçıvanda 5 MİS rəisi işdən çıxarılıb
# 30 avqust 2023 15:00 (UTC +04:00)

Naxçıvan şəhərində yerləşən 6 Mənzil İstismar İdarəsinin 5-nin rəisi işdən azad olunub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan şəhər 1 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Firuz Əsədov, Naxçıvan şəhər 2 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Abasət Vəliyev, Naxçıvan şəhər 3 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Orxan Hüseynov, Naxçıvan şəhər 5 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Xətai Məmmədov və Naxçıvan şəhər 6 nömrəli Mənzil İstismar İdarəsinin rəisi İlqar Fərəcov işdən çıxarılıb.

Mirsənani Seyidovun digər sərəncamı ilə bu vəzifələrə müvafiq olaraq Vasif Qasımov, Bağır Abbasov, Mirələsgər Seyidov, Ayxan Məmmədov (Naxçıvan şəhər 4 nömrəli Mənzil İstismar İdarəsi), Sabir Kərimov və Cəsarət Məhərrəmov təyinat alıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR