Bank Of Baku

Naxçıvanda su itkisinin qarşısının alınması üçün nəzarət mexanizmi gücləndirilir

Naxçıvanda su itkisinin qarşısının alınması üçün nəzarət mexanizmi gücləndirilir
# 15 mart 2023 14:53 (UTC +04:00)

“Naxçıvan Muxtar Respublikasında içməli və suvarma sularının böhranlı vəziyyətində idarə olunmasına dair Tədbirlər Planı” təsdiq edilib.

APA xəbər verir ki, Tədbirlər Planı Naxçıvan Nazirlər Kabinetinin 2023-cü il 9 mart tarixli Sərəncamı ilə təsdiqlənib.

Tədbirlər Planına uyğun olaraq su ehtiyatlarından qənaətlə və səmərəli istifadə, iqlim dəyişmələrinin fəsadları, gözlənilən risklər, suyun bölgüsü, sudan istifadə ilə əlaqədar istehlakçıların müraciətlərinin operativ qaydada qəbulu, baxılma və cavablandırılması məqsədilə müasir tələblərə uyğun çağrı mərkəzlərinin təşkili, su itkisinin qarşısının alınması məqsədi ilə gecə suvarmalarının təşkili və suvarma işlərinə nəzarət mexanizminin gücləndirilməsi, suvarma suyu təminatına dair çatışmazlıqlar olan kəndlərdə suya qənaət məqsədi ilə yeni şəbəkənin qurulması və digər məsələlərlə bağlı tədbirlər həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR