Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2012-ci il 24 may tarixli 57-IV FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda dəyişiklik edilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Fərman imzalayıb.
Fərmana əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2012-ci il 24 may tarixli 57-IV FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda dəyişikliklər edilib.