Bank Of Baku

Naxçıvanın yüksək dağlıq bölgələrində qarın hündürlüyü 60 santimetrə çatıb

Naxçıvanın yüksək dağlıq bölgələrində qarın hündürlüyü 60 santimetrə çatıb
# 13 yanvar 2024 16:13 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq bölgələrində qarın hündürlüyü 60 santimetrə çatıb.

Şahbuz rayon Yol Təmir-İstismar MMC-dən APA-ya verilən məlumata görə, artıq gündüz saatlarından etibarən rayonun Batabat, Ağbulaq, Keçili kəndləri istiqamətində yollar təmizlənib və hərəkət bərpa olunub.

Digər dağlıq bölgə olan Kükü kəndi istiqamətində də yolların açılması nəzərdə tutulur.

Həmçinin, rayona Naxçıvan şəhərindən əlavə texnika da cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR