Bank Of Baku

Nazir: Azad edilmiş ərazilərdə canlandırmanın başlanılması əsas hədəflərdəndir

Nazir: Azad edilmiş ərazilərdə canlandırmanın başlanılması əsas hədəflərdəndir
# 19 oktyabr 2022 11:31 (UTC +04:00)

İnsan hüquqlarının vacib bir istiqaməti sosial, məşğulluq qurumlarıdır. Bu istiqamətdə Azərbaycan sosial siyasətini ana xəttinə çevirən ölkədir.

APA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ombudsman Aparatının 20 illiyinə həsr olunmuş Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Azərbaycanda son 3 il ərzində 3 sosial islahat paketi həyata keçirilib. Bu paketlər 4 milyondan çox vətəndaşı əhatə edib və onlara 6 milyard manatlıq vəsait ödənilib:

"Bu gün Azərbaycan həm sosial, həm də məşğulluq göstəriciləri ilə dinamik artımı təcəssüm etdirən ölkələrdəndir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, onların iqtisadi cəhətdən ölkənin, regionun iqtisadiyyatına inteqrasiyası qarşıda duran ana xətlərdəndir".

Nazir bildirib ki, məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışı, orada canlandırmanın başlanılması əsas hədəflərdəndir:

"Azərbaycan bu işləri uğurla həyata keçirir. Vətəndaşlarımız artıq Ağalı kəndində məskunlaşıblar. Burada "Smart DOST", ASAN Xidmət mərkəzləri vasitəsilə onlara dövlət xidmətləri göstərilir. Suşaya köçəcək insanlar üçün bu işlər görülür, regional xidmətlər vasitəsil Ağdam, Tərtər və digər ərazilərdə bu xidmətlər göstəriləcək.

Bu ərazilərdə yaşayan insanlarımızın hüquqlarının müdafiəsi əsas işimiz olacaq ki, vətəndaşlarımız oranı inkişaf etdirsinlər. Ora köçəcək əhalinin həm məşğulluq, həm sosial və digər hüquqlarının təmin olunması qarşısında böyük çağırışdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR